Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda qəza olub - İKİ NƏFƏR XƏSARƏT ALIB

Sumqayıtda qəza olub - İKİ NƏFƏR XƏSARƏT ALIB

KRİMİNAL

491

09.08.2020, 15:25

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. "Opel" markalı avtomobil yolu keçmək istəyən 2 piyadanı vurub. 

Qəza nəticəsində 1997-ci il təvəllüdlü Quliyev Sabir Hüseyn oğlu və 1998-ci il təvəllüdlü Fərzəliyev Elnur Nizami oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.