Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37159
az

Sumqayıtda ağır qəza: Maşın aşdı, yaralılar var - FOTO/VİDEO

18:4308 Avqust, 2020
281
KRİMİNAL
  • A

Sumqayıt şəhərində avtomobil yol kənarında dayanan digər maşına çırpılaraq aşıb. 

Baku TV xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində, Koroğlu prospektində baş verib. 

Belə ki, “Mitsubishi” markalı, 99 RE 741 dövlət nömrə nişanlı minik maşınının sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında dayanan “Chevrolet Aveo” markalı, 50 CJ 868 dövlət nömrə nişanlı avtomobilə çırpıb.

Zərbənin gücündən “Mitsubishi” aşıb.

Nəticədə, aşan maşında olan iki nəfər şəxs ağır xəsarət alıb. Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb. Qəza zamanı ölən olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var