Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yeni Yaşma qəsəbə sakini Xəyal Qədirov yaşadığı evin yaxınlığında saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 13 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı X. Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxu24.com
ŞƏRHLƏR