Qaynar xətt:

(+99450) 247 90 86

5 prokurorluq işçisi vəzifədən çıxarılıb, 1 nəfər orqandan xaric edilib

5 prokurorluq işçisi vəzifədən çıxarılıb, 1 nəfər orqandan xaric edilib

KRİMİNAL

603

05.08.2020, 19:45

Baş Prokuror Kamran Əliyev bu ilin birinci yarısıında cəzalandırılan prokurorluq əməkdaşlarının sayını açıqlayıb.

Oxu24.com -un  məlumatına görə, bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti  yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunublar:

“Onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.