Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda polis kafedə əməliyyat keçirdi - Əxlaqsızlıq yuvası aşkarlandı

Azərbaycanda polis kafedə əməliyyat keçirdi - Əxlaqsızlıq yuvası aşkarlandı

KRİMİNAL

604

04.08.2020, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada”adlı kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi aşkar olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "report"a məlumat verilib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.