Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü

Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü

KRİMİNAL

415

04.08.2020, 09:52

Bakının Xəzər rayonunda iki nəfər döyülüb.
APA xəbər verir ki, hadisə Albalılıq qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobillə küçədə qarşısına çıxan iribuynuzlu heyvana səs siqnalı verib.
Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyevi və onun avtomobildə olan qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb, onlara küt alətlə zərbə endirib. Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.