Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda bir nəfər kanalda batdı

Bakıda bir nəfər kanalda batdı

KRİMİNAL

402

03.08.2020, 23:39

Samur-Abşeron kanalı bir nəfərin ölümünə səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə kanalın Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər.