Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib

Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib

KRİMİNAL

470

02.08.2020, 09:11

Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.
Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.