Faciə yaşandı: 3 nəfər ölüb,yaralılar var
17 May 2026, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
560
31.07.2020, 18:59
Polis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, belə ki, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkldaşları tərəfindən "isti izlər"lə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib.
Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqlda orada həmin şəxsə də xəsarətlər yetirib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfində Hikmət Fərəcovun ətrafında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
19:32 / 17 May 2026
96
19:27 / 17 May 2026
118
19:12 / 17 May 2026
1745
19:02 / 17 May 2026
88
19:00 / 17 May 2026
87
18:43 / 17 May 2026
453
18:41 / 17 May 2026
88
18:39 / 17 May 2026
86
18:37 / 17 May 2026
86
18:35 / 17 May 2026
103
17:32 / 17 May 2026
220
17:28 / 17 May 2026
91
17:27 / 17 May 2026
93
17:25 / 17 May 2026
100
17:16 / 17 May 2026
583
17:14 / 17 May 2026
89
17:11 / 17 May 2026
95
17:08 / 17 May 2026
88
17:07 / 17 May 2026
90
17:05 / 17 May 2026
99
15:14 / 17 May 2026
94
15:00 / 17 May 2026
95
14:45 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.