Faciə yaşandı: 3 nəfər ölüb,yaralılar var
17 May 2026, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
611
31.07.2020, 15:20
Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoyumadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.
Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.
Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb edir.
19:32 / 17 May 2026
96
19:27 / 17 May 2026
118
19:12 / 17 May 2026
1745
19:02 / 17 May 2026
88
19:00 / 17 May 2026
87
18:43 / 17 May 2026
453
18:41 / 17 May 2026
88
18:39 / 17 May 2026
86
18:37 / 17 May 2026
86
18:35 / 17 May 2026
103
17:32 / 17 May 2026
220
17:28 / 17 May 2026
91
17:27 / 17 May 2026
93
17:25 / 17 May 2026
100
17:16 / 17 May 2026
583
17:14 / 17 May 2026
89
17:11 / 17 May 2026
95
17:08 / 17 May 2026
88
17:07 / 17 May 2026
90
17:05 / 17 May 2026
99
15:14 / 17 May 2026
94
15:00 / 17 May 2026
95
14:45 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.