Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ağır qəza: Yaralılar var

Bakıda ağır qəza: Yaralılar var

KRİMİNAL

1014

30.07.2020, 03:18

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində "KiA Optima" sürət həddini aşaraq "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Qədimli Kamran Hüseyn oğlu və 1956-cı il təvəllüdlü Ağayev Yaqub Arzuman oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.