Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxda 1-i qadın olmaqla, 4 nəfər bıçaqlandı

Qazaxda 1-i qadın olmaqla, 4 nəfər bıçaqlandı

KRİMİNAL

694

27.07.2020, 09:13

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.
Oxu24.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisələrdən biri kafedə baş verib. Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb.
Hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, o, taksi sürücüsü ilə mübahisə zəminində bıçaqlanıb. Hər iki fakt üzrə araşdırma aparılır