Qaynar xətt:

(+99450) 247 90 86

Xırdalanda kütləvi dava: 6 nəfər bıçaqlandı - Ölən var

Xırdalanda kütləvi dava: 6 nəfər bıçaqlandı - Ölən var

KRİMİNAL

1866

26.07.2020, 09:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.
Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə, M.Məmmədov isə xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.