Sürücü həbs edildi
18 Noyabr 2026, 15:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
705
05.06.2020, 14:12
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.
DİN mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, xəbər verildiyi kimi, iyunun 1-də səhər saat 06 radələrində paytaxt sakini Hüseyn Əhmədovun Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb.
DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Tərtər rayon sakini Fuad Yusifli və Kürdəmir rayon sakini Sadiq Cəlalov saxlanılıblar.
Aparılmış istintaqla məlum olub ki, adları çəkilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin tarixdə mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə bağlamaqda onu öldürüblər. Daha sonra isə mağazanın içərisindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq ediblər.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.
Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf edib. Onlardan hadisə zamanı mağazadan əldə etdikləri vəsait, həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.
Fuad Yusifli və Sadiq Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
15:35 / 18 Noyabr 2026
17
15:32 / 18 Noyabr 2026
29
15:28 / 18 Noyabr 2026
35
15:22 / 18 Noyabr 2026
48
15:16 / 18 Noyabr 2026
79
15:12 / 18 Noyabr 2026
69
15:09 / 18 Noyabr 2026
89
15:05 / 18 Noyabr 2026
208
15:02 / 18 Noyabr 2026
83
14:58 / 18 Noyabr 2026
95
14:52 / 18 Noyabr 2026
83
14:44 / 18 Noyabr 2026
359
14:33 / 18 Noyabr 2026
125
14:22 / 18 Noyabr 2026
93
14:18 / 18 Noyabr 2026
100
14:06 / 18 Noyabr 2026
96
13:56 / 18 Noyabr 2026
99
13:12 / 18 Noyabr 2026
103
12:55 / 18 Noyabr 2026
113
12:53 / 18 Noyabr 2026
156
12:51 / 18 Noyabr 2026
259
12:32 / 18 Noyabr 2026
1123
12:28 / 18 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.