Sürücü həbs edildi
18 Noyabr 2026, 15:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2132
05.06.2020, 13:37
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı vəsatışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 ton mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.
Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.


15:35 / 18 Noyabr 2026
17
15:32 / 18 Noyabr 2026
29
15:28 / 18 Noyabr 2026
35
15:22 / 18 Noyabr 2026
48
15:16 / 18 Noyabr 2026
79
15:12 / 18 Noyabr 2026
69
15:09 / 18 Noyabr 2026
89
15:05 / 18 Noyabr 2026
208
15:02 / 18 Noyabr 2026
83
14:58 / 18 Noyabr 2026
95
14:52 / 18 Noyabr 2026
83
14:44 / 18 Noyabr 2026
359
14:33 / 18 Noyabr 2026
125
14:22 / 18 Noyabr 2026
93
14:18 / 18 Noyabr 2026
100
14:06 / 18 Noyabr 2026
96
13:56 / 18 Noyabr 2026
99
13:12 / 18 Noyabr 2026
103
12:55 / 18 Noyabr 2026
113
12:53 / 18 Noyabr 2026
156
12:51 / 18 Noyabr 2026
259
12:32 / 18 Noyabr 2026
1123
12:28 / 18 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.