83 nəfər saxlanılıb - DİN
11 May 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
605
03.06.2020, 14:09
Yasamal Rayon Məhkəməsində səhlənkarlıq nəticəsində ölümə səbəb olmaqda təqsirləndirilən həkim Ramiz Cəfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Hüseyn Səfərovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyunun 9-a təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı zəhərlənmədən vəfat edib. Onun otaq yoldaşları - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının zəhərlənmə diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər.
Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Fakta görə Bakı Şəhər Prokurorluğunda fakt üzrə cinayət işi başlanıb.
Bakı təcili tibbi yardım stansiyasının çağırışa gedən həkimi Ramiz Cəfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ititham verilib və ayrıca icraata götürülüb.
Ş.Xasmətovanın atası Faiq Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı “Report”a bildirib ki, ittihama görə, həkim R.Cəfərov və tibb bacısı onlara müayinə zamanı sonradan qanlarında tapılan dimedrol inyeksiyası ediblər və yalnız şifahi olaraq onlara özləri ilə birlikdə xəstəxanaya getmələrini bildiriblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq, bundan imtina ediblər. Həkim onları xəstəxanada yatırmaqda israr etməyib və onları nəzarətsiz qoyub.
Növbəti gün səhər saatlarında yenidən təcili yardım çağırılan zaman isə Ş.Xasmətova artıq həyatını itirib.
Vəkilin sözlərinə görə, ekspertiza Ş.Xasmətovanın dəm qazından zəhərlənməsi barədə rəy verib.
14:23 / 11 May 2026
8
14:11 / 11 May 2026
77
14:08 / 11 May 2026
41
13:42 / 11 May 2026
44
13:30 / 11 May 2026
63
13:25 / 11 May 2026
103
13:14 / 11 May 2026
46
12:50 / 11 May 2026
466
12:46 / 11 May 2026
51
12:37 / 11 May 2026
53
12:36 / 11 May 2026
55
12:18 / 11 May 2026
86
12:11 / 11 May 2026
6881
12:07 / 11 May 2026
66
12:01 / 11 May 2026
125
11:53 / 11 May 2026
57
11:43 / 11 May 2026
2138
11:18 / 11 May 2026
62
11:07 / 11 May 2026
309
11:05 / 11 May 2026
73
10:59 / 11 May 2026
723
10:53 / 11 May 2026
69
10:46 / 11 May 2026
611
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.