83 nəfər saxlanılıb - DİN
11 May 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
547
03.06.2020, 11:59
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb.
Bu barədə Oxu24.com-a Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb.
Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
14:23 / 11 May 2026
8
14:11 / 11 May 2026
77
14:08 / 11 May 2026
41
13:42 / 11 May 2026
44
13:30 / 11 May 2026
63
13:25 / 11 May 2026
103
13:14 / 11 May 2026
46
12:50 / 11 May 2026
466
12:46 / 11 May 2026
51
12:37 / 11 May 2026
53
12:36 / 11 May 2026
55
12:18 / 11 May 2026
86
12:11 / 11 May 2026
6881
12:07 / 11 May 2026
66
12:01 / 11 May 2026
125
11:53 / 11 May 2026
57
11:43 / 11 May 2026
2138
11:18 / 11 May 2026
62
11:07 / 11 May 2026
309
11:05 / 11 May 2026
73
10:59 / 11 May 2026
723
10:53 / 11 May 2026
69
10:46 / 11 May 2026
611
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.