İki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
11 May 2026, 11:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
733
02.06.2020, 15:45
Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunub.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
11:53 / 11 May 2026
1
11:43 / 11 May 2026
79
11:18 / 11 May 2026
30
11:07 / 11 May 2026
134
11:05 / 11 May 2026
44
10:59 / 11 May 2026
305
10:53 / 11 May 2026
46
10:46 / 11 May 2026
382
10:42 / 11 May 2026
64
10:41 / 11 May 2026
54
10:38 / 11 May 2026
45
10:23 / 11 May 2026
331
10:21 / 11 May 2026
56
10:20 / 11 May 2026
48
10:18 / 11 May 2026
45
09:48 / 11 May 2026
69
09:45 / 11 May 2026
56
00:40 / 11 May 2026
357
00:29 / 11 May 2026
217
00:17 / 11 May 2026
404
23:54 / 10 May 2026
390
23:46 / 10 May 2026
383
22:48 / 10 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.