Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var
09 May 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
881
01.06.2020, 16:25
Bərdədə gənc oğlan anasını və bacısını ov silahı ilə güllələyib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Belə ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Zeynallı ailə münaqişəsi zəminində anası, 1979-cu il təvəllüdlü Nazirə Zeynalovanı gecə yarısı yatdığı yerdə ov silahı ilə vuraraq öldürüb.
Hadisəni görən 21 yaşlı bacısı Əminə Zeynallı isə evdən qaçmağa çalışıb. Lakin Toğrul Zeynallı bacısının arxasına düşərək onu evdən 200 metr aralıda yaxalayıb və eyni silahla atəş açaraq onu da öldürüb.
Qonşuluqda yaşayan Nizami Rüstəmov ailənin heç bir probleminin olmadığını bildirir: “Çox gözəl ailə olublar. Biz burda qonşu olmuşuq, onlarda heç bir pis hərəkət görməmişik. Cavandır, yəqin kimsə nə isə deyib. O, da bu hadisəni törədib”.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
09:48 / 11 May 2026
1
09:45 / 11 May 2026
19
00:40 / 11 May 2026
321
00:29 / 11 May 2026
203
00:17 / 11 May 2026
361
23:54 / 10 May 2026
355
23:46 / 10 May 2026
351
22:48 / 10 May 2026
100
22:27 / 10 May 2026
109
22:27 / 10 May 2026
115
22:12 / 10 May 2026
116
21:24 / 10 May 2026
427
21:21 / 10 May 2026
119
21:17 / 10 May 2026
116
21:09 / 10 May 2026
113
21:01 / 10 May 2026
336
20:36 / 10 May 2026
99
20:00 / 10 May 2026
112
19:36 / 10 May 2026
118
18:54 / 10 May 2026
414
18:31 / 10 May 2026
124
17:59 / 10 May 2026
213
17:51 / 10 May 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.