Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var
09 May 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1621
31.05.2020, 13:08
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, Masallı rayonun Ərkivan-Kosakül ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq qazılıb daşınması barədə Masallı rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Masallı rayon Ərkivan bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Anar Rəcəbovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq 2015-2016-cı illər ərzində bələdiyyənin mülkiyyətində olan 5 hektar kənd təsərrüfatı kateqoriyalı, örüş təyinatlı torpaq sahələrinin xüsusi texnikanın köməkliyi ilə qazılaraq gil və qum çınqıl yatağının daşınması nəticəsində yararsız vəziyyətə salınmasına şərait yaradıb təbiətə ümumilikdə 644 min manat məbləğində ziyan vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.