Yük maşınlarından 10 min manatlıq oğurluq edilib
18 Noyabr 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1108
30.05.2020, 18:20
Baş Prokurorluq bu gün Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumatda bildirilir:
Mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.
Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.
Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.
Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
17:25 / 18 Noyabr 2026
53
17:20 / 18 Noyabr 2026
61
17:20 / 18 Noyabr 2026
72
17:11 / 18 Noyabr 2026
191
17:05 / 18 Noyabr 2026
79
16:52 / 18 Noyabr 2026
178
16:45 / 18 Noyabr 2026
86
16:43 / 18 Noyabr 2026
91
16:41 / 18 Noyabr 2026
87
16:26 / 18 Noyabr 2026
145
16:21 / 18 Noyabr 2026
377
16:05 / 18 Noyabr 2026
104
16:00 / 18 Noyabr 2026
119
15:35 / 18 Noyabr 2026
109
15:32 / 18 Noyabr 2026
120
15:28 / 18 Noyabr 2026
106
15:22 / 18 Noyabr 2026
384
15:16 / 18 Noyabr 2026
120
15:12 / 18 Noyabr 2026
106
15:09 / 18 Noyabr 2026
128
15:05 / 18 Noyabr 2026
445
15:02 / 18 Noyabr 2026
114
14:58 / 18 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.