Qaynar xətt:

(+99450) 247 90 86

28 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI

KRİMİNAL

1204

27.06.2018, 10:55

​​​​Daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. \"\"  Daxili İşlər Nazirliyindən oxu24.com-a məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 18-i \"isti izlər\"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 8 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.