Səbail rayonunda yüngül həyat tərzi heçirən qadın döyülüb.
Oxu24.com -un məlumatına görə, hadisə Xəqani küçəsi 16-da yerləşən gecə klubunda baş verib. Nailə Əliyeva 39-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, sevgilisi Kamil Mahmudov onu başqa kişilərlə əyləndiyinə görə döyüb.
Şikayətçinin sözlərinə görə, o, hər gün axşamlar həmin kluba gələrək əylənir və pul müqabilində ayrı-ayrı kişilərlə görüşür. Amma daim yaşadığı kişi isə Kamil Mahmudovdur.
Hadisə baş verən gündə Kamil onu qısqanıb və bütün klubda olan şəxslərin gözü qarşısında ona müxtəlif bədən xəsarətləri yetirib.
Faktla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Oxu24.com
ŞƏRHLƏR