Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda iki avtomobil toqquşdu: ağır yaralılar var

2018-06/1530042141_ambu.jpg

KRİMİNAL

1131

26.06.2018, 23:41

\"\" Sumqayıtda iki minik avtomobili toqquşub.
OXU24.COM-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib. Qəza nəticəsində 1955-ci il təvəllüdlü Məmmədov Əlikərəm Həbib oğlu, onunla eyni avtomobildə olan oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Azər Əlikərəm oğlu və qardaşı oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Əlislam oğlu ağır xəsarətlər alıblar. Hər 3 yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.