Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ana və azyaşlı qızını avtomobil vurub

Bakıda ana və azyaşlı qızını avtomobil vurub

KRİMİNAL

673

27.04.2020, 22:54

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Kərimova Səbinə İslam qızı 8 yaşlı qızı ilə birgə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.