Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2869
az

Bakıda dəhşətli qəza: "Range Rover" "Ford" un üstünə çıxdı - ÖLƏNLƏR VAR

09:3213 İyun, 2018
2954
KRİMİNAL
  • A
Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

Oxu24.com-un  Report-a istinadən xəbərinə görə, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "10-HF-590" dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.

Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

"Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ