Ədliyyə Nazirliyi məlumat yaydı:Xaricdən tutulub gətirilən qadın KİMDİR?
19 Noyabr 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1734
08.04.2020, 10:05
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lerikdə hamilə qalan məktəbli ilə bağlı açıqlama yayıb.
Oxu24.com -un "qafqazinfo"ya istinadən verdiyi məlumata görə, qurumun yaydığı məlumatda bildirilir ki, Lerik rayonunun Kirəvud kəndinin 2003-cü il təvəllüdlü 11-ci sinif şagirdi kəndin 1961-ci il təvəllüdlü rus dili müəllimindən hamilə qalıb.
Məktəblinin 5 aylıq hamilə olduğu kənd icra nümayəndəsi Şəfiq Əliyev tərəfindən təsdiqlənib.
Məlumata görə, komitənin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb.
A.Vəliməmmədova hadisənin rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib.
Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub.
Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb.
Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.
Hazırda məktəblinin "Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.
23:26 / 19 Noyabr 2026
1
23:22 / 19 Noyabr 2026
21
23:15 / 19 Noyabr 2026
34
23:15 / 19 Noyabr 2026
42
23:06 / 19 Noyabr 2026
90
23:05 / 19 Noyabr 2026
68
22:59 / 19 Noyabr 2026
69
22:47 / 19 Noyabr 2026
81
22:43 / 19 Noyabr 2026
285
22:35 / 19 Noyabr 2026
77
22:31 / 19 Noyabr 2026
68
22:14 / 19 Noyabr 2026
77
22:10 / 19 Noyabr 2026
97
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
75
21:48 / 19 Noyabr 2026
166
21:45 / 19 Noyabr 2026
583
21:42 / 19 Noyabr 2026
79
21:29 / 19 Noyabr 2026
85
21:18 / 19 Noyabr 2026
405
21:13 / 19 Noyabr 2026
92
21:05 / 19 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.