Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar - FOTO

Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar - FOTO

KRİMİNAL

564

05.04.2020, 16:57

Tovuzda kişi meyiti tapılıb.

Oxu24.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. Həmin küçədən keçən su kanalında orta yaşlı kişi meyiti tapılıb.

Məlumata görə, meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib.

Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti məlum olub.

O, 1991-ci il təvəllüdlü Elnur Mehdiyev Valeh oğludur. 

Məlumata görə, həmin şəxs qətlə yetirildikdən sonra su kanalına atılıb.