Qaynar xətt:

(+99450) 247 90 86

Gəncə sakini kirayə qaldığı evdə bıçaqlanıb

Gəncə sakini kirayə qaldığı evdə bıçaqlanıb

KRİMİNAL

609

30.03.2020, 08:57

Gəncədə bıçaqlanma olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Köhnə Şəmkir avtovağzalı adlanan ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Elfaq İsayev kürək nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.

Məlumata görə E.İsayev kirayə qaldığı evdə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.