Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sürücülər arasında dava düşüb, bıçaqlanan var

2020/03/29/1585425804_1585420651184_xwep4heg.jpeg

KRİMİNAL

739

28.03.2020, 23:59

Bakının Nəsimi rayonunda gənc oğlan taksi sürücüsü tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib. Taksi sürücüsü kimi fəaliyyət göstərən 1991-ci il təvəllüdlü Abdullayev Nahid Vahid oğlu eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxslə mübahisə edib.
Mübahisə zəminində Elçin bıçaqla N.Abdullayevin bədəninə bir neçə bıçaq zərbəsi vurulub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.Abdullayevin vəziyyəti ağırdır