Ədliyyə Nazirliyi məlumat yaydı:Xaricdən tutulub gətirilən qadın KİMDİR?
19 Noyabr 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2055
25.03.2020, 10:40
Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj edən şəxsə cinayət işi açılıb.
Demokrat.az-ın xəbərinə görə, Gəncə şəhər sakini Əliyar Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Əliyar Əliyev sosial şəbəkələrdən birində tanış olduğu qadının intim görüntülərini əldə edib.
Daha sonra o, qadını həmin görüntülərlə şantaj edib, həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, qadından bir neçə dəfə pul alıb.
Sonda Əliyar Əliyevin şantajlarından bezən qadın polisə müraciət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində o, həbs edilib.
Əliyar Əliyevin cinayət işi araşdırılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması hakim Roman Ələkbərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 30-na təyin olunub.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.