DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
955
24.03.2020, 11:59
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Teymur Ağayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Teymur Ağayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il mayın 13-də baş verib.
Belə ki, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Teymur Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 1 ünvanının qarşısında Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Elşad Hüseynova biri daxilə nüfuz etməklə baş və kürək nahiyəsinə ümumilikdə 5 bıçaq zərbəsi vurub.
Nəticədə, Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırma zamanı Teymurun cinayəti namus üstündə törətdiyi məlum olub.
Teymur Elşadın keçmiş arvadı Əfsanə Şıxəliyeva ilə münasibətlərindən şübhələnib. Teymur boşandıqdan sonra Əfsanə Şıxəliyevanın Elşadla görüşməsini özünə təhqir kimi qəbul edib.
Bundan başqa, o, ailəsinin dağılmasına səbəbkar kimi də Elşadı görüb.
Teymur Əfsanəni izləyərək Elşadla görüşə getməsini gözləyib. Əfsanə bulvarda Elşadla görüşərkən Teymur "rəqibinə" bir neçə bıçaq zərbəsi endirib.
İstintaq orqanı tərəfindən Teymur Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,129-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.