Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş – VİDEO
30 Aprel 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3129
23.03.2020, 13:30
Bakının girişində qurulmuş postlarda polisə rüşvət təklif edən şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Bakı-Ələt yolunda qoyulmuş postda rayon qeydiyyatında olan bir vətəndaş paytaxta israrla paytaxta daxil olmaq istəyi nümayiş etdirib. O, məqsədinə çatmaq üçün polisə rüşvət təklif edib. Həmin şəxs saxlanılaraq barəsində tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir:
Həmçinin oxuyun
“Bu məqsədlə martın 19-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.
Bütün bu qabaqlayıcı tədbirlər vətəndaşlarımız tərəfindən alqışlanır və anlayışla qarşılanır. Çünki hamı yaxşı bilir ki, bu tədbirlər onların təhlükəsizliyinin, sağlamlıqlarının qorunması üçün tətbiq edilir. Buna baxmayaraq bəzən sosial şəbəkələrdə qərəzli və uydurma məlumatlara da rast gəlinir. İddia edilir ki, guya Bakıya gəlmək istəyən rayon qeydiyyatında olan şəxslərdən polis postlarında pul alıb buraxırlar.
Tamamilə uydurma və dezinformasiyadır. Məsələn, dünən polis əməkdaşları pul müqabilində paytaxta keçməyə cəhd edən şəxsi ifşa ediblər. Belə ki, Bakı-Ələt yolundakı posta gələn İmişli rayon sakini Museyib Gülalıyev Bakıya buraxılması üçün polis əməkdaşına pul təklif edərkən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə akt tərtib olunaraq məhkəməyə göndərilib. Bu faktın özü bir daha sübut edir ki, postlarda polisin rayon qeydiyyatında olan vətəndaşlardan pul alması uydurmadır və qərəzdən irəli gəlir”.
23:57 / 30 Aprel 2026
23
23:43 / 30 Aprel 2026
31
23:23 / 30 Aprel 2026
119
23:11 / 30 Aprel 2026
104
22:49 / 30 Aprel 2026
54
22:39 / 30 Aprel 2026
56
22:19 / 30 Aprel 2026
68
22:03 / 30 Aprel 2026
91
21:50 / 30 Aprel 2026
67
21:40 / 30 Aprel 2026
82
21:30 / 30 Aprel 2026
59
21:16 / 30 Aprel 2026
233
20:53 / 30 Aprel 2026
73
20:48 / 30 Aprel 2026
72
20:47 / 30 Aprel 2026
193
20:36 / 30 Aprel 2026
67
20:24 / 30 Aprel 2026
229
20:08 / 30 Aprel 2026
71
20:02 / 30 Aprel 2026
233
19:51 / 30 Aprel 2026
75
19:40 / 30 Aprel 2026
250
19:30 / 30 Aprel 2026
97
19:05 / 30 Aprel 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.