Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 36 yaşlı kişi bıçaqlandı

2020/03/22/1584826933_bicaqlanmajpg.jpeg

KRİMİNAL

747

22.03.2020, 07:39

Bakıda bıçaqlanma hadisəsi baş verib.
 
“Report”un məlumatına görə, Xətai rayon sakini, 1984-cü il təvəllüdlü Müsəllimov Həmzə Elgün oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.
 
O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib. Müayinə zamanı H.Müsəllimovun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.
 
Faktla bağlı araşdırma aparılır.