Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb - FOTO
27 Oktyabr 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
814
06.03.2020, 16:09
Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Ramin Şamilov və onun dostu, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovun barəsində ittiham elan edilib.
Teleqraf.com xəbər verir ki, Ramin Şamilov və Allahverdi İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanı hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib. Hakim Fərid Əmirəliyev sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub və Ramin Şamilovun barəsində seçilmiş həbs müddətini 2 aya qədər artırılıb.
Bundan başqa, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda isə Allahverdi ismayılovun barəsində seçilmiş həbs müddəti 2 aya qədər artırılıb.
İttihama görə, ötən il noyabrın 9-da, saat 08.00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb.
Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elçin Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.
Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar.
İstintaq araşdırması zamanı Elçin Abbasovun öz inadkarlığının qurbanı olduğu üzə çıxıb. O, saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb.
Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Elçin Abbasov ona zəng etməyə davam edib.
Bu zaman söhbətə Allahverdi İsmayılov qarışıb. O, telefon vasitəsilə Elçin Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb.
Noyabrın 8-də, gecə Elçin Abbasov görüşə gəlib.
İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında Allahverdi İsmayılov və Ramin Şamilov Elçin Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.
İstintaq araşdırması zamanı cinayət işində adı keçən və Elçin Abbasovun münasibət saxlamaq istədiyi qadının Nəzakət Həbullayev olduğu məlum olub. İstintaq belə nəticəyə gəlib ki, Nəzakət Həbullayeva da həmin qətl hadisəsində iştirak edib.
Bu səbəbdən istintaq onu qətldə iştirakçılıqda ittiham edib.
İstintaq orqanı tərəfindən Nəzakət Həbullayevanın barəsində Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbirinin artırılması üçün istintaq orqanı Binəqədi rayon Məhkəməsinə müraciət edib.
Hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub və Nəzakət Həbullayevanın barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
Hazırda bu cinayət işi üzrə istintaq Binəqədi rayon Prokurorluğunda davam edir.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.