Ağdamda 57 yaşlı kişi öldürüldü - Kürəkəni saxlanıldı
25 Avqust 2026, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1180
31.12.2019, 10:19
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son zaman içkidən zəhərlənmə ilə bağlı məsələ münasibət bildirib.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, sədr keçirdi mətbuat konfransında bildirib ki, "BAKU City" kafesində dekabrın 23-də məlumat daxil olub:
"Həmin vaxtdan AQTA-nın ekspertləri və respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələr aparılıb. İki saat ərzində "Chivas Regal 12" saxtalaşdırılmış kustar şəkildə istehlaka verilən içkini tərkibində metil spirti 76,6 faiz aşkar edilib.
Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlər başlayıblar. "Baku City", "Everest", "Piano", "Madonna" restoranlarında və Abşeron qəsəbəsində bir evdə zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb.
"Baku City" və "Everst" fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano" və "Madonna"da araşdırma aparılır.
"Hashdag" restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır.
"Ötən gün "Madonna" restoranında bir ailənin üzvləri də viskidən zəhərlənib. Bu da insan orqanizmi üçün çox zərərlidir. Təəsüf ki, ictimai iaşə obyektlərinin sahibləri həll də kustar üsulla hazırlan içkiləri insanlara təqdim edir".
Q.Təhməzli sahibkarlara müraciət də edib. O bildirib ki, ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran, kafelərin rəhbərləri müraciət edirlər:
"Bu cinayət işidir. Bu içkinin saxtalaşdırılması faktı texniki spirt olan metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə hazırlandığı aşkar edilib. İctimai iaşə obyektlərinin sahibləri də Məsuliyyətəini dərk etməyərək onlarla bağlı həmin şəxslər cinayətdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir. Obyektlərin sayı 5-10 olsa da, aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Sahibkarlar öz məsuliyyətlərini dərk etməyə çağırıram".
11:26 / 25 Avqust 2026
1
11:17 / 25 Avqust 2026
69
11:13 / 25 Avqust 2026
36
11:03 / 25 Avqust 2026
30
10:54 / 25 Avqust 2026
45
10:41 / 25 Avqust 2026
40
10:34 / 25 Avqust 2026
56
10:18 / 25 Avqust 2026
54
10:15 / 25 Avqust 2026
63
09:57 / 25 Avqust 2026
57
09:45 / 25 Avqust 2026
68
09:29 / 25 Avqust 2026
60
09:16 / 25 Avqust 2026
59
09:00 / 25 Avqust 2026
59
08:55 / 25 Avqust 2026
70
08:53 / 25 Avqust 2026
60
00:04 / 25 Avqust 2026
139
00:01 / 25 Avqust 2026
83
23:54 / 24 Avqust 2026
81
22:49 / 24 Avqust 2026
130
22:49 / 24 Avqust 2026
135
22:25 / 24 Avqust 2026
234
22:06 / 24 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.