Bakıda dəhşətli qətl törədildi
26 Avqust 2026, 20:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
644
30.12.2019, 13:26
Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Samiq Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Ruhəngiz Mahmudova həyat yoldaşı, İmişli rayon sakini Samiq Quliyev tərəfindən bıçaqlanıb.
Hadisə zamanı Ruhəngiz Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha sonra Samiq Quliyev baldızı, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub. Hadisəni törədən Samiq Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılıb.
Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Roza Mahmudovaya göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan Samiq Quliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı onların işinə Roza Mahmudova da müdaxilə edib. Sonda Samiq Quliyev bıçağa əl atıb və sonda qanlı olay baş verib.
İstintaq orqanı tərəfindən Samiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham olunub.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.