İtkin düşən beş nəfər tapıldı
11 Aprel 2026, 22:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
959
28.12.2019, 12:33
Bakıda axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, təqsirlədirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilən Maştağa qəsəbə sakini Cavidan Babayev saxlanılıb.
Qeyd edək ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşlarının bu il noyabr ayının 12-də Maştağa qəsəbəsində C.Babayevə məxsus evdə keçirdikləri əməliyyat zamanı onun həyətyanı sahəsində yerləşən istixanadan 316 ədəd ümumi çəkisi 12 kiloqram 710 qram olan narkotik tərkibli əkilib-becərilməsi qadağan olunan çətənə bitkisi aşkar olunub. Həmçinin C.Babayevin evinə baxış keçirilən zaman 1 ədəd sənədsiz ov tüfəngi, 7 ədəd patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyən edilərək polislər tərəfindən götürülüb. Həmin vaxt ev sahibi C.Babayev polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanılaraq istintaqa təqdim edilib.
Həmçinin oxuyun
Tutulan zaman C.Babayev əlavə olaraq yaşadığı evin müxtəlif yerlərində gizlətdiyi kibrit qutularında qablaşdırdığı ümumi çəkisi 160 qramdan artıq olan qurudulmuş marixuananı da polis əməkdaşlarına təhvil verib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini eitraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
11:50 / 12 Aprel 2026
1
11:30 / 12 Aprel 2026
217
11:06 / 12 Aprel 2026
43
10:59 / 12 Aprel 2026
76
10:25 / 12 Aprel 2026
61
10:20 / 12 Aprel 2026
413
10:04 / 12 Aprel 2026
268
09:58 / 12 Aprel 2026
60
09:49 / 12 Aprel 2026
67
09:38 / 12 Aprel 2026
71
09:36 / 12 Aprel 2026
58
09:23 / 12 Aprel 2026
660
09:21 / 12 Aprel 2026
57
09:17 / 12 Aprel 2026
66
00:25 / 12 Aprel 2026
686
00:15 / 12 Aprel 2026
357
00:12 / 12 Aprel 2026
173
00:09 / 12 Aprel 2026
119
00:03 / 12 Aprel 2026
285
23:50 / 11 Aprel 2026
25453
23:47 / 11 Aprel 2026
167
23:33 / 11 Aprel 2026
124
23:26 / 11 Aprel 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.