Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
179
az

17 yaşlı Rəhimə yenə hökm oxunmadı

18:1702 Aprel, 2018
1490
KRİMİNAL
  • A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.

"Oxu24.com"un verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı etməli idi.

R.Rəhimovun vəkili Muxtar Mustafayev isə vəsatət verərək bildirib ki, hadisə zamanı müvəkkilinin anlaqsız vəziyyətdə olduğunu deyib və buna görə də psixoloji ekspertiza keçirilməsini istəyib.

Hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Daha sonra R.Rəhimovun yeni vəkil Novruz Əliyevlə müqavilə imzaladığı bildirilib. Buna görə də N.Əliyev məhkəmə protokolları ilə tanış olmaq üçün vaxt istəyib.

Hakim bildirib ki, hazırda proses yekunlaşmaq üzrədir və bu addım işi uzatmaq məqsədi daşıyır: "Yeni vəkil işə qəbul olunsa, iş yenilənməlidir, dövlət ittihamçısı yenidən çıxış etməli, təqsirləndirilən şəxs yenidən ifadə verməlidir".

Məhkəmə kollegiyası müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, vəkil işə qəbul edilib və proses yenilənib. Proses yenidən baxış iclasından davam etdiriləcək.

Növbəti iclas aprelin 5-də keçiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim səhvi tək bizdə olmur: Qadının sağlam ayağını kəsdilər
Təcridxanaya narkotik maddənin keçirilməsinin qarşısı alınıb
17 yaşlı Rəhimə yenə hökm oxunmadı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu