Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 27 yaşlı qadını hoteldə zorladılar

2019-08/1567072031_1567071098_orig-in2-1505734802.jpg

KRİMİNAL

1701

29.08.2019, 13:47

\"\" 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib. Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib. 27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir. Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır. Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb.   //Oxu.Az {banner_reklam1}