Xəbər verdiyimiz kimi, Sumqayıtda intihar hadisəsi baş verib.
Oxu24.com xeberle.com-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ev 30-də baş verib. Bina sakini Pənah Quliyev 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb. Olay ötən gün gecə 12 radələrində qeydə alınıb. Bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alan P. Quliyev Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məktəblinin anasının təhsil ocaqlarının birində müəllim işlədiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Pənah Quliyev 11-ci sinif şagirdi idi. Mərhumun atası bu yaxınlarda dünyasını dəyişib və mayın 26-da 40 mərasimi olacaqdı.
Əldə etdiyimiz məlumata görə, P.Quliyev atasının ölümündən sonra ciddi sarsıntı keçirib və intihar etməsininin bununla bağlı olduğu deyilir. Oxu24.com
ŞƏRHLƏR