Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
519
23.09.2026, 21:05
Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb.
Oxu24.com xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.
Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilən şəxsin cinayət törətməsinə səbəb isə körpənin nikahdankənar doğulması olub.
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılarkən avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib.
Körpəni üzüstə çevirən qadın uşağın ağız və burun nahiyəsini sağ qolunun iç səthinə sıxmaqla onun nəfəs almasına mane olub, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq cinayət əməlini həyata keçirib.
Babək rayonundakı kəndə çatdıqdan sonra isə təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra həyətdəki tualet quyusuna atıb.
Sonradan əməli ifşa olunan qadın el içində rüsvay olmamaq üçün bu yola əl atdığını bildirib.
Sonda K.S. Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təqsirli bilinib. Oğlan nəvəsini qəsdən öldürən nənə 14 il müddətinə azadlıqdan məhrum edilib./Xitab24.az
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.