Qaynar xətt:

(+99450) 247 90 86

Silahla tutuldu:Cinayət işi açıldı

Silahla tutuldu:Cinayət işi açıldı

KRİMİNAL

37

23.09.2026, 14:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, Bərdə rayon sakini Y. Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.