Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
448
23.09.2026, 09:45
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi açılıb.
Oxu24.com "Teleqraf"a istinadən xəbər verir ki, Məmməd Musayevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində tanınıb.
Məlumata əsasən, cinayət işi "Aqrarkredit" QSC (Bank Olmayan Kredit Təşkilatı) vasitəsilə ayrılmış kreditlərlə bağlı aparılan araşdırma ilə əlaqədardır. İstintaq çərçivəsində bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə ayrıldığı bildirilən kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması ilə bağlı hallar araşdırılır.
Qeyd edək ki, Məmməd Musayev uzun müddət "Aqrarkredit" QSC-yə rəhbərlik edib. O, 2001-ci ildən 2025-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışıb.
Səhmləri tamamilə dövlətə məxsus olan "Aqrarkredit" QSC-nin əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlıq subyektlərinin, o cümlədən regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və kreditləşdirilməsidir.
Məmməd Musayev hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentidir.
Bundan əvvəl onun öz hesabına məzuniyyətə çıxdığı və iş başında olmadığı barədə məlumat yayılmışdı.
Azərbaycan Sahibkarlar Konfederasiyasından isə bildirilib ki, Məmməd Musayev gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Əlavə edilib ki, qurum öz mandatına uyğun olaraq dövlət və özəl sektorla sıx əməkdaşlığını davam etdirir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.