Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bir ailənin 4 üzvü qarpızdan zəhərləndi

Azərbaycanda bir ailənin 4 üzvü qarpızdan zəhərləndi

KRİMİNAL

895

11.08.2019, 23:08

\"\" Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərlənib.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə Günəş küçəsi 84 ünvanında baş verib. Belə ki, süfrə başında qarpız yeyən bir ailənin 4 üzvünün halı pisləşib və zəhərləndikləri məlum olub. Zəhərlənən şəxslər - 1960-cı il təvəllüdlü Şərifov Eldar Şərif oğlu, 1987-ci il təvəllüdlü Şərifova Tünzalə Arif qızı, 1966-cı il təvəllüdlü Şərifova İlhamə Fariz qızı və 1937-ci il təvəllüdlü Fəridə Kərimova dərhal xəstəxanaya yerləşdirilib.