Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda 14 yaşlı qız itkin düşdü

Sumqayıtda 14 yaşlı qız itkin düşdü

KRİMİNAL

719

09.08.2019, 22:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Sumqayıt şəhərində 14 yaşlı qız itkin düşüb.
Sumqayıt şəhər, 1-ci mikrorayon, ev 8A/27, mənzil 28 ünvanında qeydiyyatda olan İsmayılova Gülbadam Nəsir qızı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 4-ü, təxminən, saat 15:00 radələrində 2005-ci il təvəlludlu qızı - İsmayılova Aysun Əli qızı yaşadığı evin həyətindəki marketdən çörək almaq adı evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb. İsmayılova Aysunun əlamətləri: boyu, təxminən, 155 sm, gözlərinin rəngi qara, orta bədən quruluşlu, qarabəniz sifəti və qara rəngdə saçı var. Evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və ayağında ağ rəngli ayaqqabı olub.
Məlumatı olanlardan (018 ) 64-4-41-15, 050-353-05-97 nömrəli telefonlara zəng etmələri xahiş olunur.