Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16598
az

Böyük Kəsik qatarında ölüm

11:2109 Avqust, 2019
565
KRİMİNAL
  • A
 

Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyətinin pisləşməsi olub.

Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin buna baxmayaraq Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.


Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb.

Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Eldəniz Səlimov     azadlığa    çıxdı