Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

KRİMİNAL

768

08.08.2019, 10:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.
DSX-dən Oxu24.com-a verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının \"Şəmkir\" sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb. Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.