Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 30 yaşlı qız dayısını baltaladı - TƏFƏRRÜATLAR

2019-08/1565173768_1565171236_photo.jpg

KRİMİNAL

684

07.08.2019, 14:29

\"\" Şüvəlan qəsəbəsində qız dayısına balta ilə hücum edib.
Hüquq-mühafizə orqanlarından Anews.az-a verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız balta ilə dayısına xəsarət yetirib. Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir. Yaralı A.Şükürov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.