Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16529
az

ŞABRANDA 22 YAŞLI GƏNC QIZ ÜSTÜNDƏ BIÇAĞA ƏL ATDI — TƏFƏRRÜAT

23:3706 Avqust, 2019
756
KRİMİNAL
  • A
 Şabran rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 30-na təyin olunub.

Qeyd edək ki, bu ilin yanvarın 30-da rayon ərazisindəki Ticarət Mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
Qeyd edək ki, 22 yaşlı Fərid Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.//ölkə.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı